...

Azərbaycan millisi tarixində ilk dəfə 7 xal qazandı (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2011 21:53 (UTC +04:00)
Bu gün Azərbaycan millisi futbol üzrə Avropa Çempionatı 2012-nin seçmə mərhələsində "A" qrupunda növbəti oyununu keçirib.
Azərbaycan millisi tarixində ilk dəfə 7 xal qazandı (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Bu gün Azərbaycan millisi futbol üzrə Avropa Çempionatı 2012-nin seçmə mərhələsində "A" qrupunda növbəti oyununu keçirib. Yığmamız Qazaxıstan komandasını 3:2 hesabı ilə inamlı məğlubiyyətə uğradıb.

Saat 20:00-da Tofiq Bəhramov stadionunda baş tutan qarşılaşmanı FİFA referisi Anders Hermansenin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edib.

Millimiz qələbə qazanaraq tarixində ilk dəfə seçmə mərhələdə 7 xal qazanıb ki, bu da bizim üçün rekord nəticədi.

Qollar: 54' Rauf Əliyev, 62' Mahir Şükürov (pen.), 67' V.Cavadov, 20' Sergey Ostapenko, 77' V.Yevstiqneyev.

Xəbər lenti

Xəbər lenti