...

Azad Rəhimov Azərbaycanda sosial ipoteka kreditinin məbləğinin artırılmasını istəyir

Cəmiyyət Materials 9 Sentyabr 2011 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir T.Hacıyev/

Gənclər və idman naziri Azərbaycanda sosial ipoteka kreditinin məbləğinin artırılmasını istəyir.

"İstərdik ki, sosial ipoteka üçün ayrılan vəsait artırılsın", - Trend-in məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Nazir hesab edir ki, sosial ipotekanın məbləği mənzil bazarındakı qiymətlərlə üst-üstə düşməlidir.

Hazırda sosial ipotekanın məbləği 35 min manatdır və bu məbləğ illik 4 faizlə 30 il müddətinə verilir.

Rəhimov gənclər siyasəti haqqında danışarkən bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası üçün 80 milyondan artıq vəsait nəzərdə tutulub.

"Burada gənclər evinin tikilməsi nəzərdə tutulub. İndiyə qədər Azərbaycanda 10 gənclər evi fəaliyyət göstərirdi, bundan sonra daha 10 gənclər evinin tikilməsi planlaşdırılır. Hazırda nazir müavini İntiqam Babayev Portuqaliyadadır və orada bu sahə ilə bağlı təcrübə mübadiləsi aparır. İnanırıq ki, qayıdanda yeni ideya və təkliflər irəli sürüləcək. Son 9 ay ərzində gənclər siyasəti sahəsində 5 ölkə ilə saziş imzalanıb. Bu il gənclərə aid 67 layihə nazirlik tərəfindən maliyyələşdirilib", - o qeyd edib.

Nazir onu da bildirib ki, hazırda nazirlikdə Gənclər Fondunun əsasnaməsi işlənilir.

Xəbər lenti

Xəbər lenti