...

Bakıda gələn həftədən temperatur daha da enəcək

Cəmiyyət Materials 10 Sentyabr 2011 11:58 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də gündüz saatlarınadək şimal-qərb küləyinin güclənəcəyi, sonrakı günlərdə temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.
Bakıda gələn həftədən temperatur daha da enəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də gündüz saatlarınadək şimal-qərb küləyinin güclənəcəyi, sonrakı günlərdə temperaturun tədricən 4-6 dərəcə enəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin şənbə günü yaydığı məlumatda bildirilib.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 11-də əsasən gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28 dərəcə, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti