...

Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Sentyabr 2011 14:19 (UTC +04:00)
Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir, vəziyyət stabilləşir. Trend-in məlumatına görə, bunu ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.
Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir (ƏLAVƏ OLUNUB)

Son üç abzas əlavə olunub (İlk xəbər 14:07-də yayılıb)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Son 3 ildə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir, vəziyyət stabilləşir. Trend-in məlumatına görə, bunu ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bu hün keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, Azərbaycanda İİV-ə yoluxma təhlükəli risk qrupları arasında müşahidə edilir. Bunun qarşısını almaq üçün ÜST tərəfindən də müəyyən tədbirlər həyata keçirilir.

"Azərbaycanda antiretroviral müalicə aparılır. Bu müalicə daha çox ehtiyacı olan insanlar üçün həyata keçirilir. Azərbaycanda hələ də antiretroviral müalicəyə ehtiyacı olan 1100 nəfərə yaxın şəxs var", - Süleymanova deyib.

Onun sözlərinə görə, Azərbaycanda indiyədək 3 min nəfərdən çox yaxın insan İİV-ə yoluxub.

"UNAİDS-in 2009-cu ilin sonuna olan hesabatına görə, Azərbaycanda indiyədək 3600 nəfər bu xəstəliyə yoluxub. Amma bu rəqəm 2600-5200 nəfər ola bilər", - Süleymanova bildirib.

Hazırda dünyada 34 milyon insan İİV-QİÇS virusuna yoluxub. Avropada isə bu göstərici 2 milyona yaxındır.

Xəbər lenti

Xəbər lenti