...

Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 15 Sentyabr 2011 12:34 (UTC +04:00)
Monteneqro Prezidenti Filip Vuyanoviçin 15-17 sentyabrda Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və yollarında fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Monteneqro Prezidenti Filip Vuyanoviçin 15-17 sentyabrda Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və yollarında fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gün saat 15:00-dan etibarən Heydər Əliyev prospekti, 10-cu Zavod yol qovşağı, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri və Bəhramgur dairəsi istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırlacaq.

Sentyabrın 16-da saat 08:00-dan Azneft dairəsi, Neftçilər prospekti ilə aeroport, Mərdəkan, Buzovna, Zağulba istiqamətlərinə və həmin marşrutlar üzrə geriyə hərəkət məhdudlaşdırılacaq.

Sabah saat 13:00-dan isə İstiqlaliyyət, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri xiyaban, Şəhidlər xiyabanı və İçərişəhər istiqamətinə yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Həmçinin Neftçilər prospektinin kəsişməsindən Rəşid Behbudov, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif, Fətəli Xan Xoyski, Koroğlu Rəhimov küçələri və geriyə, Qədirbəyov küçəsi ilə Xətai prospekti, Dəmirçizadə küçəsi ilə Azneft dairəsi istiqamətində avtomobillərin hərəkətinə icazə verilməyəcək.

Sentyabrın 17-də saat 08:00-dan Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament, Hüseyn Cavid, İnşaatçılar prospektləri, İzmir küçəsi, Tiblisi prospekti, Sumqayıt istiqamətinə və geriyə yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

İdarə əhalidən, sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, bu istiqamətlərdə nəqliyyatın sıxlığı, ləngimə, yol qəza hadisələri baş verməməsi üçün alternativ yollardan istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti