...

İnsanlar Marsa real uçuşlara davam gətirə biləcəklərmi?

Cəmiyyət Materials 16 Sentyabr 2011 20:38 (UTC +04:00)
Moskvada son 18 ay ərzində Qırmızı planetə uçuşun imitasiyası üzrə "Mars-500" eksperimenti davam edir.
İnsanlar Marsa real uçuşlara davam gətirə biləcəklərmi?

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Moskvada son 18 ay ərzində Qırmızı planetə uçuşun imitasiyası üzrə "Mars-500" eksperimenti davam edir. Təcrübədə Rusiya, Çin, İtaliya və Fransadan beş könüllü iştirak edir. Bu gün ekspertlər iştirakçıların gücünün tükəndiyini qeyd edirlər. Bu barədə Trend "Die Welt"ə istinadən məlumat verir.

"İştirakçılar öz ailələrini və Günəşi görmək istəyirlər", - Almaniyanın Aerokosmik Araşdırmalar Mərkəzindən (DLR) Peter Qref bildirir. Təcrid olunma "marslılara" eksperimentin ikinci mərhələsində güclü təsir göstərib. Onlar azacıq dəyişikliyə görə adət olunmuş qaydalara və "uçuş" şəraitinə əvvəllər olduğundan daha çox minnətdarlıqla reaksiya verirlər.

Görünür, təcrübə könüllülərin təkcə psixikasına deyil, həm də onların fiziologiyalarına zərbə endirib. Alman alimlər iştirakçılarda bioloji ritmlərin xeyli qarışdığını qeydə alıblar.

Buna baxmayaraq, məqalədə deyilir ki, layihənin əlaqələndiriciləri könüllülərin davam gətirəcəklərinə əmindirlər.

Eksperimentin şərtlərinə görə, onlar istənilən anda öz iştiraklarını dayandıra bilərlər. "Lakin indiyədək komanda əla işləyib", - Qref deyib. Müəllif bildirir ki, eksperimentin bu çətin mərhələsi insanın Marsa real uçuşa tab gətirmək qabiliyyətinin öyrənilməsi üçün çox vacibdir və belə uçuşlar yalnız bir neçə onillikdən sonra real ola biləcək.

Xəbər lenti

Xəbər lenti