...

ABŞ-da aviaşou zamanı təyyarə tamaşaçıların üzərinə düşüb

Cəmiyyət Materials 17 Sentyabr 2011 11:34 (UTC +04:00)
ABŞ-ın Nevada ştatının Rino şəhərində İkinci Dünya müharibəsi dövründən qalan təyyarə aviaşou zamanı tamaşaçıların üzərinə düşüb.
ABŞ-da aviaşou zamanı təyyarə tamaşaçıların üzərinə düşüb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

ABŞ-ın Nevada ştatının Rino şəhərində İkinci Dünya müharibəsi dövründən qalan təyyarə aviaşou zamanı tamaşaçıların üzərinə düşüb. Çox güman ki, Mustang P-51qırıcısının pilotu son dərəcə vacib anda idarəetməni itirib və tam sürətlə tribunaya çırpılıb. Trend-in məlumatına görə, bu barədə Newsru.com saytı yazır.

İlkin məlumata görə, 3 nəfər həlak olub. Yerli jurnalistlər 12 nəfərin öldüyünü, 54 nəfərin isə yaralandığını xəbər verirlər.

Son məlumatlara görə, xilasedicilər və təcili yardım briqadaları Nevada xəstəxanalarına 56 yaralı çatdırıblar. Onlardan 15-nin vəziyyəti kritik, 13 nəfərinin isə ağırdır. Daha 28 nəfər yüngül yaralanıb. Regional Təcili Tibbi Xidmət İdarəsinin təqdim etdiyi bu məlumatlarda faciənin baş verdiyi yerdən qohumlarının və tanışlarının şəxsi avtomobillərində çıxarılan yaralıların sayı nəzərə alınmır.

Hər il keçirilən aviaşounun prezidenti Maykl Xoton hesab edir ki, istənilən halda qurbanların sayı bununla məhdudlaşmır. Onun sözlərinə görə, həlak olan 80 yaşlı pilot Cimmi Livard çox təcrübəli təyyarəçi hesab edilir. O, 120-dən artıq aviayarışda iştirak edib, habelə bir sıra bədii filmlərdə kaskadyor kimi çalışıb.

Mustang döyüş qırıcısı tamaşaçıların olduğu tribunaya düşərkən partlamayıb və yanmayıb. Təyyarənin burun hissəsi tikilinin ön sıralarına çırpılarkən havaya toz buludu və çoxlu qırıntılar qalxıb. Bu barədə ABŞ Federal Aviasiya İdarəsinin rəsmi nümayəndəsi İyen Qreqor bildirib.

Bədbəxt hadisənin səbəbləri hələlik məlum deyil. Yerdən aralı məsafədə fiqurlardan birini nümayiş etdirərkən pilot dispetçerlərə təcili yardın siqnalı verib və bundan sonra təyyarə şaquli şəkildə aşağı düşüb.





Xəbər lenti

Xəbər lenti