...

Sumqayıtın böyük şadlıq saraylarından biri cəzalandırılıb

Cəmiyyət Materials 17 Sentyabr 2011 12:14 (UTC +04:00)
Sumqayıtda "Simurq" şadlıq sarayının əmlakı vergiləri ödəmədiyi üçün siyahıya alınıb.
Sumqayıtın böyük şadlıq saraylarından biri cəzalandırılıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Sumqayıtda "Simurq" şadlıq sarayının əmlakı vergiləri ödəmədiyi üçün siyahıya alınıb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabr ayının 15-də 2 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Əsədov Elxan İzzət oğluna məxsus "Simurq" şadlıq sarayının əmlakı siyahıya alınıb.

Şadlıq sarayında aparılmış səyyar və kameral vergi yoxlamaları nəticəsində əsas borc 3 036,88 manat, maliyyə sanksiyası 16 605,03 manat, faiz borcu isə 6,07 manat olmaqla, ümumi borc məbləğinin 19 647,98 manat olduğu müəyyən edilib. Bununla bağlı sahibkara iyul ayında bildiriş göndərilib. Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini əks etdirən 89-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi sentyabrın 13-də "Simurq" şadlıq sarayında əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Vergi orqanları əməkdaşları tərəfindən "Simurq" şadlıq sarayında nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 19900 manat dəyərində əmlak - 13 ədəd müxtəlif markalı televizor, 5 ədəd müxtəlif markalı kondisioner, 20 ədəd stol-stul dəsti, 5 ədəd divan və jurnal masası dəsti siyahıya alınıb.

Xəbər lenti

Xəbər lenti