...

Azərbaycanda alimlərin sosial statusuna yenidən baxılmalıdır - AMEA

Cəmiyyət Materials 17 Sentyabr 2011 13:31 (UTC +04:00)
Azərbaycanda alimlərin sosial statusuna yenidən baxılmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov deyib.
Azərbaycanda alimlərin sosial statusuna yenidən baxılmalıdır - AMEA

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda alimlərin sosial statusuna yenidən baxılmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu gün yalnız gənc alimlərin əmək haqlarının artırılması təklifi ilə çıxış etmək ədalətsizlik olar.

Mərkəz rəhbəri hesab edir ki, birdən-birdə bütün alimlərin əmək haqlarını artırmaq da düzgün deyil. Əmək haqları artırılmazdan əvvəl islahatlar aparılmalıdır. Bu islahatlar həm AMEA sistemində, həm ali təhsil müəssisələrində, həm də müvafiq dövlət qurumlarının nəzdindəki sahə institutlarında həyata keçirilməlidir.

"Məsələn, AMEA sistemində 10 minə qədər əməkdaş var. Amma təbii ki, bunların hamısı alim deyil və onların hamısının elmi dərəcəsi yoxdur. Biz akademiya sistemindəki bütün işçilərin əmək haqlarını bir neçə dəfə artırsaq, bu da effekt verməyəcək. Ona görə də əvvəlcə islahatlar aparılmalıdır. Ancaq bundan sonra hansısa qərarlar qəbul etmək olar", - Orucov əlavə edib.

O bildirib ki, islahatlar zamanı son illərdə elmi yenilikləri olan, elmi əsərləri nüfuzlu elmi nəşrlərdə çap olunan alimlər fərqləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti