...

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2011 20:34 (UTC +04:00)
Serbiyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad edilib, bu barədə Trend-ə Azərbaycanın Serbiyadakı Səfirliyindən bildirilib.
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Serbiyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad edilib, bu barədə Trend-ə Azərbaycanın Serbiyadakı Səfirliyindən bildirilib.

Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü ilə əlaqədar Səfirliyin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, Serbiyanın Novi Sad şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Dunay çayı üzərindəki "Sahilyanı park"da yaradılmış "Üzeyir Hacıbəyli Memorialı"nı ziyarət etmişlər.

Tədbir iştirakçıları Üzeyir Hacıbəylinin xatirəsini yad edərək, dahi bəstəkarın büstü qarşısına gül-çiçək dəstələri qoymuş, onun həyat və yaradıcılığından bəhs etmişlər.

Tədbirdə həmçinin Novi Sad şəhər Meriyasının və ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti