Azərbaycan, Bakı, 18 sentyabr / Trend, müxbir T.Hacıyev/
Azərbaycanda hakimlərin işə qəbulu ilə bağlı imtahan keçirilir. Trend-in məlumatna görə, bazar günü Bakı İdman sarayında vahid zalda keçirilən imtahanları 40-dək xarici təşkilat və yerli QHT təmsilçilərinin, televiziya və mətbuat nümayəndələrinin qarşısında keçirilir.
Hakimlərin seçki komitəsi tərəfindən hazırlanmış 1000-dən artıq test sualları bankından təsadüfi yolla - lototron vasitəsi ilə 10 variantda sual topluları seçilib. Sonra hakimliyə namizdlər bu sual toplularından birini seçib və o yerindəcə çoxaldılaraq namizədlərə paylanılıb.
İmtahan prosesi Məhkəmə-Hüquq Şurasınını internet saytı vasitəsi ilə onlayn yayımlanır.
İmtahanın nəticəsləri xüsusi dəqiq avadanlıqlar vasitəsi ilə imtahan başa çatan kimi dərhal yoxlanılmaqla yerindəcə elan olunacaq və http://jlc.gov.az və http://tqdk.gov.az saytlarında yerləşdiriləcək.
İmtahan nəticəsində 60 və daha çox bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsnə buraxılacaqlar.