...

Avstriya şirkəti Azərbaycan hökumətinə Şahdağ Kompleksi ilə bağlı təkliflər verəcək

Cəmiyyət Materials 20 Sentyabr 2011 13:43 (UTC +04:00)
Avstriyanın "Donau-Finanz" şirkəti Şahdağ Qış-Yay Turizm Kompleksinin infrastrukturunun yaxşılaşdırılması üçün təkliflər hazırlayaraq Azərbaycan hökumətinə təqdim edəcək.
Avstriya şirkəti Azərbaycan hökumətinə Şahdağ Kompleksi ilə bağlı təkliflər verəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Avstriyanın "Donau-Finanz" şirkəti Şahdağ Qış-Yay Turizm Kompleksinin infrastrukturunun yaxşılaşdırılması üçün təkliflər hazırlayaraq Azərbaycan hökumətinə təqdim edəcək. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Avstriya Biznes Forumunda "Donau-Finanz" şirkətinin nümayəndəsi Mixael Kraus bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət Şahdağ Qış-Yay Turizm Kompleksinin fəaliyyəti, maliyyələşdirilməsi və marketinq strategiyası üzrə baza təqdim edir.

Kraus deyib ki, Qafqaz dağlarında tikilən Şahdağ Qış-Yay Turizm Kompleksinin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı təkliflər bu məkana gələnlərin sayının artmasına xidmət edəcək.

Onun bildirdiyinə görə, bu kompleksdə 3000 otaqlı hotelin tikilməsi nəzərdə tutulur.

Şahdağ Qış-Yay Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılıb. Qusar rayonunun yaxınlığında inşa edilən kompleksin 2-3 ildən sonra tam hazır olacağı gözlənilir.

Qafqazda və MDB məkanında analoqu olmayan turizm mərkəzi olacaq kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər.

Kompleks 5 min turisti eyni vaxtda qəbul edə biləcək. Beynəlxalq tədbirlərin təşkili üçün də burada müvafiq şəraitin yaradılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti