...

Azərbaycanda bu il üç yerdə məcburi köçkünlər üçün tikilən yaşayış binalarının açılışı olacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Sentyabr 2011 11:42 (UTC +04:00)
Azərbaycanda bu il üç yerdə qaçqınlar üçün tikilən yaşayış binalarının açılışı olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Azərbaycanda bu il üç yerdə məcburi köçkünlər üçün tikilən yaşayış binalarının açılışı olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu il üç yerdə məcburi köçkünlər üçün tikilən yaşayış binalarının açılışı olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

"Ağcabədi rayonunda Laçından olan məcburi köçkünlər üçün 552 fərdi evdən ibarət qəsəbənin tikintisi başa çatıb. Oktyabr ayında onun açılış mərasimi olacaq. O evlərdə Taxtakörpü ərazisində pis şəraitdə yaşayan laçınlı məcburi köçkünlər yerləşdiriləcək", - Həsənov deyib.

Onun sözlərinə görə, həmçinin Ağcabədi rayonunda 10 ədəd beşmərtəbəli yaşayış binası tikilir. "Bu evlərdə 556 mənzil var. Bu tikintini biz Mingəçevirdə başlamışdıq. Qrunt sularının olması səbəbi ilə biz həmin obyektləri də Ağcabədiyə keçirdik. Bu il noyabr və ya dekabr ayında həmin obyektin açılışı olacaq", - Həsənov deyib.

Baş nazirin müavini bildirib ki, Goranboyda da qaçqınlar üçün tikilən yaşayış binalarının açılışı olacaq. Dövlət Komitəsi sədrinin sözlərinə görə, burada Xocalıdan olan məcburi köçkünlər üçün qalan 9 ədəd beşmərtəbəli bina təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti