...

Bakıda gənclərin beynəlxalq forumu keçiriləcək

Cəmiyyət Materials 22 Sentyabr 2011 17:16 (UTC +04:00)
Bakıda sentyabrın 27-28-də gənclərin beynəlxalq forumu keçiriləcək.
Bakıda gənclərin beynəlxalq forumu keçiriləcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda sentyabrın 27-28-də gənclərin beynəlxalq forumu keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva bildirib.

"Yeni nəsil - sərhədsiz məsuliyyət" devizi altında keçirilən forumun əsas məqsədi yaxın qonşularımızla regiona aid məsələlərin birgə müzakirəsidir", - o bildirib.

Hacıyevanın sözlərinə görə, forumda 120-dən artıq dövlət gənclər siyasətini həyata keçirən strukturların, QHT-lərin nümayəndələri, yaradıcı gənclər iştirak edəcək. "Azərbaycan tərəfindən biz gənc alimlərə üstünlük vermişik", - Hacıyeva deyib.

Sektor müdiri qeyd edib ki, forum çərçivəsində Qafqazda dialoq və məsuliyyət, stabilliyə görə gənclərin məsuliyyəti, gənclərin münaqişələrin həllində rolu, gənclərin dövlət qarşısında duran məsələlərdə aktiv iştirakı, gənclərə investisiyalar yatırmaqla gələcəyə yatırılan investisiyalar mövzuları ətrafında müzakirələr aparılacaq.

Hacıyeva qeyd edib ki, forum çərçivəsində Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunacaq və ötən dövr ərzində ölkənin keçdiyi inkişaf yolu haqqında məruzələr səsləndiriləcək.

"Gənclərin fikrini qəbul etmək lazımdır, çünki onlar böyük qüvvədir. Və bu gün gənclərə nümayiş olunmalıdır ki, birgə hər hansı bir məqsədə getmək daha tutarlı nəticə verir", - sektor müdiri deyib.

Xəbər lenti

Xəbər lenti