...

Misir Mərdanov: Təhsil Nazirliyindəki kadr islahatları təhsilimizin inkişafına yönəlib

Cəmiyyət Materials 22 Sentyabr 2011 20:08 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib ki, Təhsil Nazirliyində aparılan kadr islahatları təhsil sisteminin daha da inkişafına yönəlib.
Misir Mərdanov: Təhsil Nazirliyindəki kadr islahatları təhsilimizin inkişafına yönəlib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib ki, Təhsil Nazirliyində aparılan kadr islahatları təhsil sisteminin daha da inkişafına yönəlib.

"Təhsil Nazirliyində aparılan kadr islahatları çox uğurlu addımdır, bu islahatlar Azərbaycanda təhsil sisteminin daha da yaxşılaşmasına yönəlib. Əminəm ki, bu, öz bəhrəsini verəcək", - bunu cümə axşamı Trend-ə açıqlamasında Misir Mərdanov deyib.

Təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifədən azad olunub.

Xəbər lenti

Xəbər lenti