...

Azərbaycanda rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsi keçirilir

Cəmiyyət Materials 25 Sentyabr 2011 10:16 (UTC +04:00)
Bu gün Bakıda 2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün imtahanların ikinci mərthələsi keçirilir.
Azərbaycanda rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsi keçirilir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Bakıda 2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün imtahanların ikinci mərhələsi keçirilir.

Trend-in məlumatına görə, qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Şənbə günü keçirilən birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri yoxlanılıb. İkinci mərhələdə isə ixtisas fənləri üzrə biliklər yoxlanılacaq.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunur.

Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 1056 namizəd ərizə verib.

Bu il Azərbaycanda rezidenturaya qəbul imtahanları ilk dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti