...

Azərbaycanda əmək müqavilələrinə yeni müddəanın əlavə edilməsi təklif olunur

Cəmiyyət Materials 27 Sentyabr 2011 15:59 (UTC +04:00)
Azərbaycanda özəl müəssisələrlə işçilər arasında bağlanmış əmək müqaviləsinə yeni bir müddəanın əlavə olunması təklif edilir.
Azərbaycanda əmək müqavilələrinə yeni müddəanın əlavə edilməsi təklif olunur

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda özəl müəssisələrlə işçilər arasında bağlanmış əmək müqaviləsinə yeni bir müddəanın əlavə olunması təklif edilir.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda keçirilən ümumrespublika daxili turizm konfransında çıxışı zamanı bildirib ki, əmək müqaviləsinə işçilərin turizm istirahət mərkəzində sahibkarların ayırdığı maliyyə vəsaiti hesabına dincəlməsi ilə bağlı bənd də əlavə edilməlidir.

Millət vəkilinin sözərinə görə, Azərbaycan cəmiyyətində istirahət mədəniyyətinin təşkili ilə bağlı maarifləndirmə işlərinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti