...

ABŞ-da Pentaqonun və Konqresin binalarında terror aktları planlaşdıran cinayətkar saxlanılıb

Cəmiyyət Materials 29 Sentyabr 2011 11:12 (UTC +04:00)
ABŞ-da Massaçusets ştatının 26 yaşlı sakini Rezvan Ferdaus həbs edilib. O, Pentaqonun və Konqresin binalarında terror aktları törətməyi planlaşdırırmış.
ABŞ-da Pentaqonun və Konqresin binalarında terror aktları planlaşdıran cinayətkar saxlanılıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

ABŞ-da Massaçusets ştatının 26 yaşlı sakini Rezvan Ferdaus həbs edilib. O, Pentaqonun və Konqresin binalarında terror aktları törətməyi planlaşdırırmış.

Prokurorluq nümayəndəsinin verdiyi məlumata görə, Ferdausa məsafədən idarə olunan partlayıcı uçuş aparatından istifadə etməklə terror aktı planlaşdırmaq barədə ittiham irəli sürülüb.

O, habelə xaricdə amerikalı hərbi qulluqçulara hücumlar törətməkdə "Əl-Qaidə" terrorçu qruplaşmasına yardım göstərməkdə şübhəli bilinir. Trend-in məlumatına görə, bu barədə İTAT-TASS agentliyi yazır.

Boston Universitetinin məzunu olan Ferdaus Amerikanın Federal Təhqiqat Bürosunun (FTB) apardığı əməliyyat nəticəsində saxlanılıb.

Məhkəmə sənədlərinə görə, o, ABŞ-a qarşı "cihad"a 2010-cu ilin əvvəlində başlamağı planlaşdırıb və "Allahın düşmənləri" adlandığı amerikalıları öldürməklə əhəmiyyətli psixoloji effekt yaradacağına ümid edirmiş.

Cinayətkarın artıq bu gün Vuster (Massaçusets ştatı) şəhərində məhkəmə qarşısına çıxacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti