...

İranda cinsi yolla QİÇS-ə yoluxma halları artıb

Cəmiyyət Materials 29 Sentyabr 2011 11:30 (UTC +04:00)
İranda cinsi yolla QİÇS-ə yoluxma halları artıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranda cinsi yolla QİÇS-ə yoluxma halları artıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda cinsi yolla QİÇS-ə yoluxma halları artıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

"İranın Səhiyyə Nazirliyinin son statistikasında göstərilir ki, 2011-cu il iyunun 22-nə olan göstəriciyə görə, ölkədə 23 125 nəfər QİÇS-ə yoluxub. Bu rəqəm 2011-cu ilin mart ayının 21 -dək 22 727 olub", - məlumatda bildirilir.

Səhiyyə Nazirliyinin statistikasında bildirilir ki, 2011-ci il iyun 22-dək QİÇS-ə yoluxanların 69,8 faizi narkotik maddələri iynə vasitəsilə qəbul etməklə, 1,1 faizi qanköçürmə yolu ilə,10 faizi cinsi əlaqə ilə, 0,8 faizi anadan uşağa keçməsi ilə və 18,3 faizi isə səbəbi bilinməyən yollarla bu virusa yoluxublar.

Məlumata əsasən, QİÇS-ə yoluxanlar əsasən 25-34 yaşlı gənclərdir.

İranın AİDS ilə mübarizə komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması haqqında xəbərdarlıq edib. Komitə elan edib ki, araşdırmalar göstərir ki, ölkədə 83-120 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 24 minə yaxını aşkar edilib. İranda 2011-ci ilin iyun ayınadək QİÇS-ə yoluxmuş 4311 nəfər vəfat edib.

QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə HİV-ə yoluxanların sayı kəskin artıb.

Xəbər lenti

Xəbər lenti