...

Mahmud Kərimov: Doktoranturaya sənəd verənlər arasında humanitar sahəyə maraq daha böyükdür

Cəmiyyət Materials 29 Sentyabr 2011 11:48 (UTC +04:00)
Azərbaycanda doktoranturaya sənəd verənlər arasında humanitar sahəyə maraq daha böyükdür. Trend-in mnəlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.
Mahmud Kərimov: Doktoranturaya sənəd verənlər arasında humanitar sahəyə maraq daha böyükdür

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda doktoranturaya sənəd verənlər arasında humanitar sahəyə maraq daha böyükdür. Trend-in mnəlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.

"Əsasən dilçilik və ədəbiyyat sahəsi üzrə doktoranturaya sənədlər verilir. İqtisadiyyata da maraq böyükdür. Lakin mən bir fizik kimi istərdim ki, dəqiq elmlərə də gənclərimiz maraq göstərsinlər", - Kərimov vurğulayıb.

AMEA prezidentinin sözlərinə görə, bugünlərdə Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında doktoranturaya imtahanların keçirilməsi günləri barədə qərar qəbul ediləcək.

"Komissiyalar da artıq yaradılıb və gələn ayın əvvəllərindən biz imtahanlara başlaya bilərik. Demək olar ki, bütün ixtisaslar üzrə sənədlər verilib və hətta bəzi ixtisaslar üzrə rəqabət var", - Kərimov əlavə edib.

O qeyd edib ki, sənəd qəbulunun uzadılması barədə qərar qəbul edilməsi gözlənilmir və qəbul oktyabrın 1-ə qədərdir.

Xəbər lenti

Xəbər lenti