...

Azərbaycanda 314 nəfər rezidenturaya qəbul olub

Cəmiyyət Materials 29 Sentyabr 2011 14:36 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbul imtahanında iştirak edərək müsabiqədə iştirak etmək hüququ qazanan namizədlər üçün apardığı ixtisas seçiminin nəticələrini açıqlayıb.
Azərbaycanda 314 nəfər rezidenturaya qəbul olub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbul imtahanında iştirak edərək müsabiqədə iştirak etmək hüququ qazanan namizədlər üçün apardığı ixtisas seçiminin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, ixtisas seçiminin nəticələri www.tqdk.gov.azsaytında yerləşdirilib. Rezidenturaya müsabiqədə iştirak hüququ qazanan 860 namizədin 314-ü rezidenturaya qəbul olub.

Bu il rezidenturaya 316 plan yeri müəyyənləşdirilib.

Rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə - sentyabrın 24 və 25-də keçirilib. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza, ikinci mərhələdə ixtisas fənləri üzrə biliklər yoxlanılıb.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılıb.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 17 nəfəri imtahana gəlməyib.

Bu il Azərbaycanda rezidenturaya qəbul imtahanları ilk dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti