...

Ombudsmanın nümayəndələri Qax, Balakən və Zaqatalada müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər

Cəmiyyət Materials 29 Sentyabr 2011 19:29 (UTC +04:00)
Şəki Regional Mərkəzinin əməkdaşları insan hüquqları üzrə Qax, Balakən və Zaqatala rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər.
Ombudsmanın nümayəndələri Qax, Balakən və Zaqatalada müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir B.Hacıyev/

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Şəki Regional Mərkəzinin əməkdaşları insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Qax, Balakən və Zaqatala rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, qrupun üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. Müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti