...

2 aprel məhbusları son söz deyiblər

Cəmiyyət Materials 30 Sentyabr 2011 16:29 (UTC +04:00)
2 aprel məhbuslarının cümə günü keçirilən məhkəmə iclası təqsirləndirilən şəxslərin son sözü ilə davam etdirilib.
2 aprel məhbusları son söz deyiblər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

2 aprel məhbuslarının (Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcildli) cümə günü keçirilən məhkəmə iclası təqsirləndirilən şəxslərin son sözü ilə davam etdirilib.

Trend-in məlumatına görə, Hacılı son sözündə ölkədə iqtisadi inkişafın getdiyini və firavan həyat tərzinin qurulduğunu təsdiqləyib.

Qəhrəmanlı və Abbaslı son söz hüququndan sui-istifadə edib siyasi çıxış etmək istəsə də, hakim tərəfindən xəbərdar olunublar.

Təqsirləndirilənlər son sözlərində prokuror Ceyhun Kazımovun Avropa məhkəməsinin presedentlərinə istinadlarının düzgün olmadığını əsaslandırmağa çalışıblar.

Təqsirləndirilənlər son sözlərinin yekununda hakimdən bəraət istəyiblər.

Məcidli isə səhəti ilə bağlı son söz üçün vaxt istədiyindən məhkəmə iclası oktyabrın 3-nə təxirə salınıb.

Özünü İctimai Palata adlandıran qurum bu il aprelin 2-də Bakının mərkəzində - Fəvvarələr meydanı və onun ətrafında icazəsiz aksiya keçirib.

Bu aksiya ilə bağlı saxlanılan yuxarıda adı qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti