...

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinə əlavə pul təminatı ayrılıb

Cəmiyyət Materials 30 Sentyabr 2011 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanunda dəyişiklik edilib. Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, dəyişikliyə əsasən istefada olan Konstitusiya Məhkəməsinin hakimi fəaliyyətdə olan KM hakiminin aylıq vəzifə maaşı məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq pul təminatı alacaq.

Müzakirələr zamanı millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənquliyev qeyd ediblər ki, müvafiq əlavə təminatların Milli Məclisin üzvlərinə də şamil olunmasına ehtiyac var.

Spiker Oqtay Əsədov çıxışında bildirib ki, Konstitusiya Məhkəməsinin hakimi bir dəfədən artıq seçilə bilməz və bu səbəbdən onlara təminat verilməlidir.

"Yaxşı olar ki, qanunlardakı dəyişiklliklərə qısqanclıqla yanaşmayaq. "Deputatların statusu haqqlında" qanuna da təkrar baxılacaq", - Əsədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti