...

Yol polisi sürücüləri ehtiyatlı olmağa çağırdı

Cəmiyyət Materials 1 Oktyabr 2011 09:52 (UTC +04:00)
Bakıda bu səhər başlayan güclü yağışlar paytaxtın bəzi küçələrində avtomobillərin hərəkətinə nisbətən mane yaradıb. Bunu şənbə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi idarəsindən məlumat verilib.
Yol polisi sürücüləri ehtiyatlı olmağa çağırdı

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bakıda bu səhər başlayan güclü yağışlar paytaxtın bəzi küçələrində avtomobillərin hərəkətinə nisbətən mane yaradıb. Bunu şənbə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi idarəsindən məlumat verilib.

Məlumata görə, güclü yağış Bakının bəzi küçəlerində lokal gölməçələr yaradıb. Yol polisi paytaxtda avtomobillərin hərəkətində məhdudiyyətlərin yaranmadığını bildirib.

Buna baxmayaraq, yol polisi sürücülərdən qeyri-sabit hava şəraiti zamanı avtomobili ehtiyatlı idarə etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti