...

Türkiyədə son yarım əsrdə ilk dəfə olaraq xristian deputat seçilib

Cəmiyyət Materials 1 Oktyabr 2011 14:48 (UTC +04:00)
Türkiyədəki Suriya kilsəsinə mənsub olan vəkil Erol Dora Türkiyə parlamentinin tərkibinə daxil olduğunu və oktyabrın 1-də and içəcəyini təsdiqləyib.
Türkiyədə son yarım əsrdə ilk dəfə olaraq xristian deputat seçilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Türkiyədəki Suriya kilsəsinə mənsub olan vəkil Erol Dora Türkiyə parlamentinin tərkibinə daxil olduğunu və oktyabrın 1-də and içəcəyini təsdiqləyib. Bu barədə Trend şənbə günü "Седмица.ru" portalına istinadən xəbər verir.

Hazırda İstanbulda yaşayan Erol Dora Türkiyənin cənub-şərqində yerləşən xristian kəndində anadan olub. Bu regiondakı bir çox xristianlar kimi, onun ailəsi də türk ordusu ilə kürd üsyançıları arasında gedən müharibə səbəbindən qaçmağa məcbur olub.

Türkiyə xristianları hüquqşünasın ölkə parlamentinə seçilməsini müsbət qarşılayıblar.

İstanbuldakı Apostol yepiskopluğunun nümayəndəsi Lorenso Pyeretto Erol Doranın Türkiyə parlamentinə deputat seçilməsini "ölkə xristianları üçün yaxşı hadisə" adlandırıb.

Türkiyənin bir sıra bələdiyyə şuralarında xristianlar iştirak edir. Lakin Türkiyə Böyük Millət Məclisinə artıq bir neçə on ildir ki, xristian seçilmir. 1960-cı illərdə Türkiyə parlamentində xristianların son nümayəndəsi erməni siyasətçi olub.

Xəbər lenti

Xəbər lenti