...

Azərbaycanda dünya palçıq vulkanlarının atlası hazırlanır

Cəmiyyət Materials 5 Oktyabr 2011 12:33 (UTC +04:00)
Azərbaycanda dünya palçıq vulkanlarının atlası hazırlanır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.
Azərbaycanda dünya palçıq vulkanlarının atlası hazırlanır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dünya palçıq vulkanlarının atlası hazırlanır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.

"Dünyada 800-ə yaxın palçıq vulkanı var, Azərbaycanda onlardan 250-300-ü mövcuddur. Azərbaycanda 100 ilə yaxındır ki, bununla bağlı məsələlərlə məşğul olunur. Hazırda Azərbaycanda dünya palçıq vulkanlarının atlası hazırlanır və bir ildən sonra atlasın təqdimatını keçirəcəyik", - Əlizadə deyib.

AMEA vitse-prezidenti palçıq vulkanizminin böyük geoloji problem olduğunu vurğulayıb. "Azərbaycan dünya miqyasında bu baxımdan ən maraqlı ərazidir. Burada mütəmadi olaraq palçıq vulkanizmi özünü biruzə verir və palçıq vulkanlarının püskürməsi müşahidə olunur", - o bildirib.

Əlizadə qeyd edib ki, müvafiq monitorinqlər aparılıb və vulkanlardan ifraz olunan flüidlərin tərkibi, onların yaşı, ifraz olunan qazların tərkibi araşdırılır.

"Biz Bakı şəhər İcra Hakimiyyəti qarşısında, hökumət qarşısında məsələ qaldırmışıq ki, palçıq vulkanları ərazisində tikinti aparmaq qeyri-mümkündür. Onların bəziləri qoruq elan olunub, lakin qalanlarında tikintilər aparılır. Geologiya İnstitutunun xəbərdarlıqlarına reaksiyalar zəifdir, az fikir verilir", - İnstitut direktoru deyib.

O qeyd edib ki, başqa ölkələrdə palçıq vulkanlarının ərazisi qorunur, həmin yerlərdə dövlət parkları yaradılır, turistlər cəlb olunur.

Xəbər lenti

Xəbər lenti