...

Fərhad Abdullayev: Vəkillər girov qətimkan tədbirinin tətbiqinə maraq göstərmirlər

Cəmiyyət Materials 5 Oktyabr 2011 13:45 (UTC +04:00)
Həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət olunmalıdır. Bunu çərşənbə günü Trend-ə Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev deyib.
Fərhad Abdullayev: Vəkillər girov qətimkan tədbirinin tətbiqinə maraq göstərmirlər

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət olunmalıdır. Bunu çərşənbə günü Trend-ə Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev deyib.

"Sözügedən istiqamətdə məhkəmələr qarşısında duran əsas vəzifə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahədəki presedentlərinin öyrənilməsi və nəzərə alınmasından ibarətdir", - Abdullayev vurğulayıb.

Məhkəmə sədri bildirib ki, bu məsələ Ali Məhkəmənin Plenumunda və Məhkəmə-Hüquq Şurasının iclaslarında geniş müzakirə predmeti olub, konkret tədbirlər görülüb. KM də "Cinayət-Prosessual Məcəllənin 157.5-ci maddəsinin şərh olunmasna dair" 9 iyul 2010-cu il tarixli qərarında həbsə alternativ qətimkan tədbirlərinin tətbiqi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

Abdullayev sadalanan tədbirlərin həbs qətimkan tədbirinin tətbiqi təcrübəsində müsbət dönüşün yaradacağına ümidvar olduğunu deyib.

Girov qətimkan tədbirinin təcrübədə nadir hallarda tətbiqinə toxunan məhkəmə sədri problemi ilk növbədə girov institutunun milli cinayət prosesi üçün yeni olması ilə əlaqələndirib.

KM sədri vurğulayıb ki, girov qətimkan tədbirinin yalnız müdafiə tərəfinin təşəbbüsü əsasında məhkəmə tərəfindən seçilir. O hesab etmir ki, məhkəmələr tərəfindən belə vəsatətlərin kütləvi şəkildə rədd olunması halı mövcuddur.

"Ola bilsin ki, müdafiə tərəfi, o cümlədən vəkillər bu institutun fəal tətbiqinə o qədər də maraq göstərmirlər", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti