...

Qulu Novruzov: Təhsil Nazirliyinin adının dəyişdirilməsi məsələsi gündəmdə deyil

Cəmiyyət Materials 5 Oktyabr 2011 13:24 (UTC +04:00)
Təhsil Nazirliyinin adının dəyişdirilməsi məsələsi hazırda müzakirə edilmir və bu məsələ gündəmdə deyil. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirilən mətbuat konfransında Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.
Qulu Novruzov: Təhsil Nazirliyinin adının dəyişdirilməsi məsələsi gündəmdə deyil

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin adının dəyişdirilməsi məsələsi hazırda müzakirə edilmir və bu məsələ gündəmdə deyil. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirilən mətbuat konfransında Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, Elmlər Akademiyası ləğv edildikdə və universitetlərə birləşdirildikdə nazirliyin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul oluna bilər.

Novruzov deyib ki, bütün dünyada elmi tədqiqatların aparılması universitetlərin fəaliyyətinin ayrılmaz hissəsi hesab edilir.

"Mən hesab edirəm ki, ali məktəblərdə tədqiqatların aparılmasına indikindən daha çox əhəmiyyət verilməlidir. Maddi-texniki bazanı daha da gücləndirməklə araşdırmalara daha çox diqqət yetirmək lazımdır", - nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti