Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türk əsilli futbolçu Ermənistan yığmasını seçdi.
Hollandiyanın "Ayaks" klubunun 21 yaşlı türk əsilli futbolçusu Aras Özbiliz Ermənistan vətəndaşlığını qəbul edib və həmin ölkənin milli yığmasına dəvət olunub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Vətən" qəzeti yazır.
"Məşqçim mənə karyeramın inkişafı üçün Hollandiya milli yığmasını seçməyimi məsləhət görüb. Lakin mən onun sözünü dinləməyərək Ermənistan yığmasının futbolçusu olmağı seçdim", - o deyib.
Türkiyənin Bakırköy vilayətində doğulan Özbiliz futbol karyerasını Hollandiyanın həvəskarlar klublarından birində başlayıb. O 1998-cı ildə "Ayaks"ın heyətinə qoşulub, 2010-cu ilin noyabrın ayından isə Hollandiyanın birinci liqasında klubun formasını geyinir.
Futbolçunun "Ayaks"la müqaviləsi 2014-cü ilin iyun ayında bitir.