...

Azərbaycanda dövlət qulluğu ilə bağlı qanunvericilik təkmilləşdirilir

Cəmiyyət Materials 6 Oktyabr 2011 10:34 (UTC +04:00)
Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Azərbaycanda dövlət qulluğu ilə bağlı qanunvericilik təkmilləşdirilir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, 2015-ci ilə qədər komissiyanın qarşısında qanunvericiliyin məcəllələşdirilməsi məqsədi qoyulub.

Xəlilov deyib ki, məcəllənin hazırlanması üçün işçi qrup yaradılır. Qrupa hüquqşünaslar və istisaslaşmış beynəlxalq ekspertlər cəlb olunacaqlar.

"Məcəllənin yaradılmasında məqsəd qanunun tətbiqini asanlaşdırmaq və dövlət qulluğu qanunvericiliyini əkmilləşdirməkdir" Xəlilov əlavə edib.

Xəbər lenti

Xəbər lenti