...

Konstantin Yerokostopoulos: Dövlətlər kibercinayətkarlıqla mübarizədə milli qanunvericilik hazırlamalıdırlar

Cəmiyyət Materials 6 Oktyabr 2011 10:41 (UTC +04:00)
Kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq möhkəmləndirilməlidir.
Konstantin Yerokostopoulos: Dövlətlər kibercinayətkarlıqla mübarizədə milli qanunvericilik hazırlamalıdırlar

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq möhkəmləndirilməlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı ATƏT-in Bakı Ofisinin təşkil etdiyi "Kibercinayətə qarşı mübarizə - hərtərəfli kibertəhlükəsizliyi təmin edən əsas amil kimi" milli ekspert konfransında çıxışı zamanı Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopoulos deyib.

"Kibercinayətkarlıqla mübarizə Avropa Şurası üçün prioritetdir. Bu məqsədlə AŞ-nin konvensiyası var ki, o yeganə məcburi sənəddir. Azərbaycan da daxil olmaqla, bu konvensiyanı 33 dövlət ratifikasiya edib. Budapeşt Konvensiyası da əsas sənədlərdən biri kimi götürülür", - Yerokostopoulos bildirib.

AŞ rəsmisi hesab edir ki, buna baxmayaraq, dövlətlər kibercinayətkarlıqla mübarizədə milli qanunvericilik hazırlamalıdırlar.

"Kibercinayətkarlıqla mübarizədə məqsəd uşaq parnoqrafiyasının, uşaqların internet vasitəsilə seksual istismarına və digər cinayətlərə qarşı mübarizə aparmaqdır. Bunun üçün internet servis provayderləri ilə hüquq-mühafizə orqanları əməkdaşlıq etməlidir. AŞ bu istiqamətdə
müxtəlif layihələr həyata keçirir. Avropa Şurası üzv ölkələrə bu sahədə milli qanunvericiliyin hazırlanmasında kömək edir. Milli qanunvericiliyin hazırlanması üçün 6 regional seminar keçiriləcək. Dekabrda Azərbaycanda kibercinayətkarlıqla mübarizə mövzusunda treninq keçiriləcək", - Yerokostopoulos deyib.

Xəbər lenti

Xəbər lenti