Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir T.Hacıyev/
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində cümə günü keçirilmiş Azərbaycan-Avstriya oyunundan sonra Vaqif Cavadov heç bir səbəb olmadan milli komandadan ayrılıb. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.
Onun əvəzinə Arif İsayev milliyə dəvət olunub.
AFFA-nın digər məlumatına görə, Azərbaycan-Avstriya oyununda Saşa Yunisoğlu qırmızı vərəqə ilə cəzalandırıldığı, Rauf Əliyev isə sarı vərəqə alaraq vərəqə limitini aşdığı üçün millinin heyətində Türkiyəyə getməyəcəklər.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə-Azəraycan oyunu oktyabrın 11-də Tükriyədə keçiriləcək.
Azərbaycan futbolçusu milli komandada oynamaqdan imtina edib
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində cümə günü keçirilmiş Azərbaycan-Avstriya oyunundan sonra Vaqif Cavadov heç bir səbəb olmadan milli komandadan ayrılıb.
