...

Şüvəlandakı istintaq təcridxanasında saxlanılan qadınların yeri dəyişdiriləcək

Cəmiyyət Materials 10 Oktyabr 2011 11:58 (UTC +04:00)
Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan qadınlar yaxın günlərdə Bakı istintaq təcridxanasına köçürüləcək.
Şüvəlandakı istintaq təcridxanasında saxlanılan qadınların yeri dəyişdiriləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan qadınlar yaxın günlərdə Bakı istintaq təcridxanasına köçürüləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

Quliyev bildirib ki, 3 saylı istintaq təcridxanasında yaranmış sıxlıq bu prosesin həyata keçirilməsi ilə nisbətən aradan qaldırılacaq.

Onun sözlərinə görə, Bakı istintaq təcridxanasında daha bir korpus istifadəyə tam hazırdır və həmin korpusa 3 saylı istintaq təcridxanasından qadınların köçürülməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti