...

Mixail Qusman: Bakıda keçirilən Beynəlxalq Humanitar Forum dünya birliyi üçün böyük hadisədir

Cəmiyyət Materials 10 Oktyabr 2011 12:43 (UTC +04:00)
Şübhəsiz ki, hazırkı forum təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya birliyi üçün böyük hadisədir, çünki o, humanitar əməkdaşlığın ən aktual problemlərinə toxunur.
Mixail Qusman: Bakıda keçirilən Beynəlxalq Humanitar Forum dünya birliyi üçün böyük hadisədir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Şübhəsiz ki, hazırkı forum təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya birliyi üçün böyük hadisədir, çünki o, humanitar əməkdaşlığın ən aktual problemlərinə toxunur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"21-ci əsrin əvvəlində biz bir sıra ölkələrdə hətta humanitar böhran təhlükəsi ilə bağlı bir çox çağırışlarla üzləşdik və bununla əlaqədar "XXI əsr: ümidlər və çağırışlar" forumu məhz Bakıda keçirilməli idi", - o deyib.

Qusmanın sözlərinə görə, dünyanın hər yerindən Bakıya toplaşan xadimlər dövrün humanitar problemlərinin həlli yollarını tapmalıdırlar.

Xəbər lenti

Xəbər lenti