...

Xəzəryanı ölkələrin vahid universiteti təsis ediləcək

Cəmiyyət Materials 11 Oktyabr 2011 16:08 (UTC +04:00)
Xəzəryanı ölkələr (Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya) "Xəzər üzən universiteti"ni təsis edəcəklər.
Xəzəryanı ölkələrin vahid universiteti təsis ediləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Cəfərov/

Xəzəryanı ölkələr (Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya) "Xəzər üzən universiteti"ni təsis edəcəklər. Bunu İranın Gilan əyalət universitetinin beynəlxalq məsələlər şöbəsinin direktoru Mənsur Əfşar Məhəmmədian deyib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Məhəmmədian deyib ki, "Xəzər üzən universiteti" Xəzəryanı ölkələr arasında elmi-təcrübi mübadilə və tələbə mübadiləsi sahələrində əlaqələrin inkişafına təkan verəcək.

"Xəzər üzən universiteti"nin təsis edilməsi üçün işlər Xəzəryanı ölkələrin dövlət araşdırma müəssisələri və universitetlərinin oktyabrda Bakıda keçiriləcək iclasında müzakirə olunacaq və təsis işlərinə başlanacaq", - Məhəmmədian deyib.

O əlavə edib ki, bu universitetin təsis edilməsi üçün qərar Həştərxanda keçirilən iclasda verilib. "Üzən universitet"in təsis edilməsində məqsəd biotexnologiya, kənd təsərrüfatı, mexanika, tekstil, bağçılıq, hüquq, riyaziyyat və iqtisadiyyat fənləri üzrə doktorluq pilləsində təhsil üçün Xəzəryanı ölkələrdə şərait yaradılmasıdır", - Məhəmmədian deyib.

Məhəmmədian deyib ki, sadalanan və digər lazımi fənlər üzrə tədris səviyyəsi hər hansı ölkədə yüksək olarsa, digər ölkələrdən tələbələr həmin ölkənin universitetində təhsil almaq hüququ qazanacaq. O, gələn ildən "üzən universitet"in fəaliyyətə başlayacağına ümidvar olduğunu deyib.

Məhəmmədian "Xəzər üzən universiteti"ndə təhsil haqqının aşağı olacağını deyib.

"Xəzər üzən universiteti"nin yaradılması üçün əlaqələndirmə işlərini Gilan əyalət universiteti yerinə yetirir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti