Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində bu gün Türkiyə və Azərbaycan yığmaları görüşdü.
Matçın ilk yarısı qolsuz bərabərliklə nəticələndi.
Oyunun 60-cı dəqiqəsində isə Burak Yılmaz görüşün ilk və sonuncu qolunu vuraraq Türkiyə millisinə qələbə və pley-off mərhələsinə vəsiqə qazandırdı.
Bundan əlavə, Almaniya, İtaliya, Niderland, İngiltərə və İspaniya yığmaları Avro-2012-yə vəsiqələrini vaxtından əvvəl təmin etdilər.
Təsnifat mərhələsinin sonuncu oyun günündən sonra yuxarıdakı komandalara Rusiya, Fransa, Yunanıstan, Danimarka və İsveç milliləri də əlavə olundu.
Digər səkkiz komanda isə bəxtini pley-off mərhələsində sınayacaq. Portuqaliya, Xorvatiya, İrlandiya, Bosniya və Herseqovina, Çexiya, Türkiyə, Monteneqro və Estoniya yığmaları pley-off mərhələsindən keçərək Avropa çempionatında yer alacaqlar.