...

Azərbaycanda əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə hazırlanır

Cəmiyyət Materials 14 Oktyabr 2011 11:07 (UTC +04:00)
Azərbaycanda əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə və proqramlar hazırlanır. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov cümə günü "İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə bildirib.
Azərbaycanda əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə hazırlanır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanda əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə və proqramlar hazırlanır. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov cümə günü "İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə bildirib.

"Bu məqsədlə YUNİSEF-in texniki dəstəyi ilə dövlət proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib", - təhsil naziri əlavə edib.

Mərdanovun sözlərinə görə, hazırda Azərbaycanda 60 mindən çox əlil uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır.

"İnternatda təhsil alan uşaqlardan 1353-ü gecələr də həmin məktəblərdə qalır. 7750 əlil uşaq evdə təhsil alır, 268 uşaq isə inklüzv təhsilə cəlb edilib", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti