Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/
Qafqaz Müzəlmanları İdarəsi (QMİ) və Türkiyə Diyanət İşləri Bakanlığı cümə günü Bakıda birgə bəyannamə imzalayıblar.
Trend-in məlumatına görə, bəyannaməni QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və dəyanət işləri naziri Mehmet Görmez imzalayıblar.
Bəyannamədə Azərbaycan və Türkiyənin milli və dini dəyərlərinə, ənənəvi İslam əxlaqı prinsiplərinə uyğun olmayan zərərli dini cərəyanların yayılmasının, Qafqaz, Balkan və Anadoluda daxili səbatsızlığa yol açan separatçı qüvvələrin, terrorist təşkilatların, vətəndaş qarşıdurması yaradan bölücü hərəkətlərin ideoloji təbliğatının qarşısının alınmasnda müştərək səylərin davam etdirilməsi və birgə əməkdaşlığın gücləndirilməsi qeyd olunub.
Bəyənnamədə, həmçinin regionumuz üçün aktual strateji əhəmiyyət kəsb edən Qarabağ probleminin ədalətli həlli istiqamətində vahid mövqenin nümayiş etdirilməsi qeyd olunub.
Türkiyə nazirliyi ilə QMİ, həmçinin dini və ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, habelə imam, axund və vaizlərin təcrübə mübadiləsinin təşkilinin fəallaşdırılmasını vacib sayıblar.
Bəyannamədə həmçinin qeyd olunur ki, tərəflər birgə konfranslarda, "dəyirmi masa"larda və digər tədbirlərdə iştirak edəcəklər.
Qafqaz Müzəlmanları İdarəsi və Türkiyə Diyanət İşləri Bakanlığı birgə bəyannamə imzalayıblar
Qafqaz Müzəlmanları İdarəsi (QMİ) və Türkiyə Diyanət İşləri Bakanlığı cümə günü Bakıda birgə bəyannamə imzalayıblar.
