...

Bakının orta məktəblərinin bufetlərində meyvə satışına başlanılıb

Cəmiyyət Materials 15 Oktyabr 2011 11:30 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin bufetlərində meyvə satışına başlanılıb.
Bakının orta məktəblərinin bufetlərində meyvə satışına başlanılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin bufetlərində meyvə satışına başlanılıb. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əlıqızı deyib.

Onun sözlərinə görə, hələ bir müddət əvvəl BŞTİ-nin meyvə satışına dair təklifi var idi, lakin cəmiyyət buna hazır olmadığı üçün reallaşdırılmamışdı.

Əliqızı deyib ki, bufetlərdə meyvə satışını "Məktəbli" İaşə Müəssisəsi həyata keçirir.

"Məktəb bufetlərində satılan meyvələrin qiyməti uşaqlar üçün münasibdir. Şagirdlər isə meyvə alışına maraq göstərir", - Əliqızı əlavə edib.

Xəbər lenti

Xəbər lenti