...

Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar inşa müsabiqəsinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2011 12:35 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə şənbə günü "Müstəqilliyimiz əbədidir" adlı müsabiqənin yekunlarına həsr edilən konfrans keçirilib.
Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar inşa müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə şənbə günü "Müstəqilliyimiz əbədidir" adlı müsabiqənin yekunlarına həsr edilən konfrans keçirilib.

Trend-in məlumatına görə, BŞTİ-nin rəisi Nailə Rzaquliyeva bildirib ki, sentyabrın 27-dən start götürən müsabiqə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd şagirdləri tariximiz, dövlət müstəqilliyimizlə əlaqədar maarifləndirmək, onların bu istiqamətdə istedad və bacarıqlarını üzə çıxarmaqdır.

Müsabiqə 2 nominasiya - inşa yazı və bədii qiraət nominasiyaları üzrə keçirilib. İnşa yazı nominasiyası üzrə müsabiqənin şəhər mərhələsi oktyabrın 7-də baş tutub. Yarışmada 267 şagird iştirak edib. Onlardan 42-si finala vəsiqə qazanıb.

Bədii qiraət nominasiyası üzrə isə şəhər mərhələsində 226 şagird iştirak edib. Həmin iştirakçılardan 30-u final mərhələsinə vəsiqə əldə edib.

İştirakçı şagirdlər arasından bədii qiraət nominasiyası üzrə 12, inşa yazı nominasiyası üzrə isə 11 nəfər qalib olub.

Xəbər lenti

Xəbər lenti