...

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 7 faizdən çox artıb

Cəmiyyət Materials 17 Oktyabr 2011 11:53 (UTC +04:00)
Bu il oktyabrın 1-ə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7,23 faiz artıb.
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 7 faizdən çox artıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il oktyabrın 1-ə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7,23 faiz artıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan bazar ertəsi Trend-ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 130 218 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir. Fərdi şəxsi hesabı olan sığortaolunanların 1 079 495 nəfəri kişi, 851 175 nəfəri qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 476 736 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 412 398 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 439 502 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 412 400 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 189 634 nəfərdir.

Fərdi uçot Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Xəbər lenti

Xəbər lenti