...

İqlim dəyişikliyi insan sağlamlığı üçün təhlükə yaradır

Cəmiyyət Materials 20 Oktyabr 2011 19:30 (UTC +04:00)
İqlim dəyişiklikləri bütün dünyada sağlamlıq və təhlükəsizlik üçün "ciddi və getdikcə artmaqda olan" təhlükə doğurur.
İqlim dəyişikliyi insan sağlamlığı üçün təhlükə yaradır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

İqlim dəyişiklikləri bütün dünyada sağlamlıq və təhlükəsizlik üçün "ciddi və getdikcə artmaqda olan" təhlükə doğurur. Trend-in məlumatına görə, bu barədə "BBC Russian" xəbər verir.
Belə bir nəticəyə Londonda başa çatan və tibbi, hərbi-texniki və elmi sahələrin ekspertlərinin iştirak etdikləri elmi konfransın nümayəndələri gəliblər.

Konfransda iştirak edən həkimlər göstəriblər ki, iqlim dəyişiklikləri nəticəsində getdikcə daha çox adam aclıq və ya doyunca yeməməkdən əziyyət çəkəcək, yoluxucu xəstəliklər isə daha sürətlə yayılmağa başlayacaq. Bu proses, ilk növbədə, kifayət qədər qida əldə etməyən adamların infeksiyalara yoluxmağa daha meyilli olduqları yoxsul ölkələrə təsir edəcək.

Digər tərəfdən, alimlərin qənaətinə görə, elektrik enerjisinin istehsalı üsulunun dəyişdirilməsi havanın keyfiyyətini yaxşılaşdıracaq. Konfransın yekun məruzəsində bildirilir ki, adamların piyada və ya velosipedlə hərəkət edəcəkləri daha sadə, lakin aktiv həyat tərzi diabet, döş vəzisi xərçəngi xəstələrinin sayını, eləcə də ürək-damar sistemi xəstəliklərinin, qocalıq skrelozu və depressiyanın inkişafını azaldacaq.

Eyni zamanda, qlobal istiləşmənin adamların ayrı-ayrı kateqoriyalarına və bəşəriyyətə mənfi təsiri haqqında araşdırmalar müntəzəm olaraq aparılır. Avstraliyalı alimlərin fikrincə, iqlim dəyişikliklərinin əmələ gətirdiyi temperaturun yüksəlməsi artıq yaxın yüzilliklərdə böhran həddinə çata bilər. Alimlər nəm termometrin köməyi ilə tədqiqat aparıblar. Termometrə nəm parçanın sarınması üsulu hərəkət edən havanın təsirinə məruz qalan dərinin vəziyyətini müəyyən etməyə imkan verir. Tədqiqatçılar hesab edirlər ki, Farengeyt üzrə 98,6 dərəcəyə yaxın (adət etdiyimiz 36,6 Selsi) daxili temperatura malik adamlar və məməlilər termometrin nəm temperaturunda 6 saat və daha çox müddətdə 95 dərəcədən yuxarı (Selsi üzrə 35 dərəcə) istilik stressinin potensial öldürücü səviyyəsini hiss edəcəklər.

"Halbuki planetin bir çox regionlarında havanın adi temperaturu 100 dərəcəni (37,8 S) ötmür, nəm termometrin çox yüksək temperaturuna nadir hallarda rast gəlinir", - araşdırmanın müəlliflərindən biri Perdyu Universitetinin əməkdaşı, professor Metyu Huber izah edir.

Alimlər aşkar ediblər ki, Farengeyt üzrə 12 dərəcə istiləşmə ona gətirib çıxaracaq ki, Yer kürəsinin bəzi rayonlarında nəm termometrin kritik limiti artacaq, 21 dərəcə istiləşmə isə planetin əhalisinin yarısını yaşamağın qeyri-mümkün olduğu şəraitdə qoyacaq.

Yeni Uels Universitetinin professoru Stiven Şervud isə öz məqaləsində xəbərdarlıq edir ki, bizim əsrdə belə temperaturlara çata biləcəyimizlə bağlı ehtimallar çox azdır, bu, gələn əsrdə baş verə bilər.

Xəbər lenti

Xəbər lenti