...

MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda 20-yə yaxın məsələni müzakirə edəcəklər

Cəmiyyət Materials 24 Oktyabr 2011 12:50 (UTC +04:00)
MDB iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının oktyabrın 26-28-də Bakıda keçiriləcək iclasının gündəliyinə 20-yə yaxın məsələ daxil edilib.
MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda 20-yə yaxın məsələni müzakirə edəcəklər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S.Ağayeva/

MDB iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının oktyabrın 26-28-də Bakıda keçiriləcək iclasının gündəliyinə 20-yə yaxın məsələ daxil edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi MDB İcraiyyə Komitəsi məlumat verib.

Şura üzvləri MDB məkanında dini ekstremizm, terrorizm, qanunsuz miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Həmçinin MDB təhlükəsizlik və xüsusi xidmət orqanlarının dindirmə və cinayət işlərinin ilkin istintaqı zamanı qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılması, saxta məhsulların uçotu və onların dövriyyəsinə nəzarət məqsədilə "MikroZnak" nişanlarının tətbiqinin perspektivləri, transmilli cinayətkarlığa qarşı mübarizə məsələlərində əməkdaşlığın xüsusiyyətləri üzrə tədbirlər nəzərdən keçiriləcək.

Bundan başqa, iclasda antiterror təlimlərinin keçirilməsi yekunları, Şuranın iş planı və 2012-ci ildə MDB Antiterror Mərkəzinin planlaşdırılan tədbiri və digər məsələlər müzakirə olunacaq.

MDB iştirakçı dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedevin iştirakı planlaşdırılır.

MDB iştirakçı dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurası (TXOŞ) növbəti iclası 1997-ci il martın 28-də yaradılıb. Onun əsas vəzifəsi xüsusi xidmət orqanlarının fəaliyyətinin beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıq və digər razılaşdırılmış sahələrdə qarşılıqlı səmərəli əməkdaşlığın təmin edilməsidir. Fəaliyyət göstərdiyi müddətdə Şura qarşılıqlı fəaliyyət, informasiya mübadiləsi, MDB məkanıında milli və kollektiv təhlükəsizliyin birgə təmin olunması haqqında tövsiyə və təkliflərin hazırlanmasına dair 60-dan artıq layihə hazırlayıb və nəzərdən keçirib. Şura tərəfindən beynəlxalq terrorizmə qarşı birgə mübarizə sahəsində bir sıra vacib sənədlər hazırlanıb.

Xəbər lenti

Xəbər lenti