...

Kür çayında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşib

Cəmiyyət Materials 24 Oktyabr 2011 12:41 (UTC +04:00)
Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır.
Kür çayında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirdiyi növbəti monitorinqdə müəyyən olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində isə fenollar 4, mis birləşmələri 5 dəfə YVQH-ni keçib.

Oktyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının I ongünlüyünə nisbətən 7 m3/san artaraq 153 m3/san təşkil edib.

Oktyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,83-8,40 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti