...

Türkiyədə "Azərbaycan həftəsi" adı altında silsilə tədbirlər keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2011 15:36 (UTC +04:00)
Tədbirlər çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunacaq konfrans, "dəyirmi masa" və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Türkiyədə "Azərbaycan həftəsi" adı altında silsilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir T.Hacıyev/

Oktyabrın 25-28-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Türkiyənin bir sıra şəhərlərində (Trabzon, Ərzurum, Qars və İqdır) "Azərbaycan həftəsi" adı altında silsilə tədbirlər keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunacaq konfrans, "dəyirmi masa" və görüşlərin keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan həftəsi"nin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin ekspertlər səviyyəsində müzakirəsini həyata keçirmək, Türkiyə ictimaiyyətini Azərbaycanda gedən son ictimai-siyasi proseslərlə, xüsüsilə, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq, həmçinin ali təhsil ocaqları ilə daha sıx əlaqələr qurmaqdır.

Xəbər lenti

Xəbər lenti