...

Azərbaycan, Gürcüstan və Ermənistanın dini liderləri Yerevanda görüşəcəklər

Cəmiyyət Materials 24 Oktyabr 2011 17:56 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Ermənistanın dini liderləri noyabrın sonunda Yerevanda görüşəcəklər.
Azərbaycan, Gürcüstan və Ermənistanın dini liderləri Yerevanda görüşəcəklər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan, Gürcüstan və Ermənistanın dini liderləri noyabrın sonunda Yerevanda görüşəcəklər. Trend-in "İnterfaks" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə bütün ermənilərin katalikosu II Qaregin Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə vasitəçilərlə keçirdiyi görüşdə deyib.

Görüş MDB-nin Dinlərarası Şurasının rəyasət heyətinin iclası çərşivəsində keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsindən bununla bağlı rəsmi məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti