...

Bu ilin 9 ayında 40 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib

Cəmiyyət Materials 25 Oktyabr 2011 17:38 (UTC +04:00)
Bu ilin 9 ayında 40 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib.
Bu ilin 9 ayında 40 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 9 ayında 40 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Baş İdarənin əməkdaşları tərəfindən 2011-ci ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb.

Bu müddətdə 51349 avtomobil ilkin qeydiyyata alınıb, 39567 sürücülük vəsiqəsi verilib.

Hesabat dövründə İdarəyə 130 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub. Onlardan 120-si tapılıb.

İdarənin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 202 avtomobil və 40 nəfər saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 333 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti