...

Bu il 3 minə yaxın sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb

Cəmiyyət Materials 25 Oktyabr 2011 17:47 (UTC +04:00)
Bu ilin 9 ayında yol polisi əməkdaşları tərəfindən 671 542 yol hərəkət qaydası pozuntusu aşkar edilib.
Bu il 3 minə yaxın sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 9 ayında yol polisi əməkdaşları tərəfindən 671 542 yol hərəkət qaydası pozuntusu aşkar edilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qeydə alınan pozuntulardan nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 11 952, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 79 531, ötmə qaydalarının pozulması üzrə 11 349, yolayrıcıların keçilməsi qaydalarının pozulması üzrə 34 844, sərnişindaşıma qaydalarının pozulması üzrə 4 204 fakt aşkar edilib.

Yol hərəkət qaydası pozuntusuna görə 50 054 sürücü yerində cərimə olunub, 2 940 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Hesabat dövründə qeydə alınan 2 237 yol qəzası zamanı 712 nəfər həlak olub, 2 459 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələri sayı 331 (17,4%), həlak olanların sayı 72 nəfər (11,3%), yaralananların sayı isə 469 nəfər (23,6%) artıb.

Respublika üzrə qeydə alınmış hadisələrin 93%-i (2 081) sürücülərin yol hərəkət qaydalarını pozmaları, o cümlədən 43%-i (984) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2%-i (518) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,6%-i (192) yolayrıcıları keçmə qaydalarının pozulması, 2,9%-i (67) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 70 nəfər uşaq və yeniyetmə həlak olub, 189 nəfər yaralanıb. Həlak olanların 47-si, yaralananların isə 105-i piyada olub.

2011-ci ilin 9 ayı ərzində respublika ərazisində 18 nəfərin həlak olması və 91 nəfərin yaranlanması ilə nəticələnmiş 105 yol-nəqliyyat hadisəsi bağlı qalıb.

Hesabat dövründə "Siqnal" İdarəsi tərəfindən 12 işıqfor obyekti quraşdırılıb, 14 271 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 1 452 890 pm cizgilənmə işi aparılıb.

Hesabat dövründə DYP əməkdaşları tərəfindən 11 ədəd Kalaşnikov avtomatı, 4 ədəd tüfəng, 4 ədəd tapança, 1 ədəd əl qumbarası, 1 429 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

2011-ci ilin 9 ayı ərzində polisin digər xidmətləri ilə birgə 35 fakt üzrə 42 kq 532 qram (o cümlədən 25 kq 400 qram həşiş, 16 kq 312 qram marixuana, 820,27 qram heroin) narkotik maddə aşkar olunub.

Xəbər lenti

Xəbər lenti