...

Azərbaycanda sıravi və kiçik rəis heyətində xidmətə namizədlərin sıra baxışı keçirilib

Cəmiyyət Materials 25 Oktyabr 2011 18:33 (UTC +04:00)
Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.
Azərbaycanda sıravi və kiçik rəis heyətində xidmətə namizədlərin sıra baxışı keçirilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əvvəlcə qarşılanma olub, ÇPA-nın komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 265 namizədin düzüldüyü ayrı-ayrı kalonları gəzib, polis əməkdaşı adına iddiaçıların zahiri görünüşü, fiziki hazırlığı ilə maraqlanıb, bəzi irad və tövsiyələrini bildirib, ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb parametrlərə uyğun gəlməyən 18 namizəd sıra baxışından kənarlaşdırılıb.

Tədbirin sonunda nazir Ramil Usubov sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar DİO-nun ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, öz üzərilərində işləyəcək, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında öz səylərini əsirgəməyəcəklər.

Xəbər lenti

Xəbər lenti